25.3 C
Gence
19.5 C
Ganja

Güləşçimiz ilk rəqibini məğlub edib

Gəncəli güləşçi İslamiadaya qələbə ilə başlayıb. Bu haqda 10 avqust tarixində Azərtac-a istinadən məlumat veririk.

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb. Burada yığmamızın tərkibində Nizami yurdunun yetirməsi Turan Bayramov da mübarizə aparır. O, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edib. Güləşçimizin ilk rəqibi özbəkistanlı İxtiyor Navruzov olub. Bayramov 8:0 hesablı qələbə qazanıb.

Beləliklə, təmsilçimiz yarımfinala yüksəlib.