21 C
Gence
21 C
Gence

Güclü külək və sel suları bir sıra fəsadlara yol açıb

Gəncədə güclü külək və leysan müşahidə olunub. Bu haqda Gencexeber.az-a 24 may tarixində məlumat daxil olub.

Ötən gün axşam saatlarında hava şəraiti anidən dəyişib. Güclü külək şəhərdə bir sıra fəsadlar törədib. Daha sonra leysan başlayıb və küçələri sel suları basıb. Nəticədə avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Bir neçə dəqiqə davam edən təbiət hadisəsi nəticəsində Xəlil bəy Xasməmmədov küçəsində, “Qrandqafqaz” Ticarət mərkəzinin girişində, 3 saylı xəstəxananın ərazisində, Şah Abbas məscidinin həyətində, Əttarlar küçəsində və Gəncə Dövlət Universitetinin qarşısında, Xan Bağında, Eminbəyli parkında və s. ərazilərdə onlarla iri, orta və xırda gövdəli ağaclar aşıb. Nəticədə vətəndaşlara və dövlət infrastrukturuna qismən ziyan dəyib.

Hadisə baş verən andan etibarən MKTİB-nin Yaşıllaşdırma şöbəsinin canlı qüvvəsi və texnikaları vasitəsilə güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması üzrə işlər start götürüb. Kökündən qopan və qırılan ağaclar zərərsizləşdirilərək ərazidən daşınması təmin edilib, aşma ehtimalı olan 23 ağac tam və ya qismən zərərsizləşdirilib, ağacların təhlükə yaradan budaqları kəsilib.

Bundan başqa, yağışın yaratdığı sel suları nəticəsində küçə və prospektlərdə hərəkətə maneə yaradan palçıq kütlələri təmizlənilib.

Ən Çox Oxunan