16.9 C
Gence
16.9 C
Gence

Güclü külək bir neçə fəsada yol açıb

Gəncədə güclü külək bir sıra fəsadlar törədib. Bu haqda Gencexeber.az-a 13 aprel tarixində məlumat daxil olub.

Hadisələrdən biri şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Havanın kəskin şəkildə dəyişməsi fonunda güclü külək binaların qarşısındakı irigövdəli ağacı aşırıb. Nəticədə xəsarət alan olmayıb.

Digər hadisə isə Nağı bəy Şeyxzamanlı küçəsində baş verib. Burada tikinti işləri aparılan ərazi dəmir listlərlə hasarlanıb. Güclü külək listləri park edilmiş “VAZ-2107” markalı avtomobilin üzərinə aşırıb. Burada da heç kim xəsarət almayıb.

Ən Çox Oxunan