21.4 C
Gence
21.4 C
Gence

GİA və “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi” görüşüb

Gəncə İş Adamları (GİA) İctimai Birliyi 2 noyabr tarixində “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi” (TÜİB) ilə görüş keçirib. Bu haqda birliyin rəsmi saytında məlumat paylaşılıb.

Görüşdə TÜİB idarə heyətinin sədri Hüseyin Büyükfırat çıxış edib. O, Azərbaycanda ilk dəfə iş adamları birliyinin təsis edilməsinin önəmindən danışıb. Gələcəkdə iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacağını bildirib.

Öz növbəsində GİA idarə heyəti planlaşdırılan layihələr haqda məlumat verib. Ticarət, investisiya qoyuluşu və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Gələcəkdə səmərəli əməkdaşlıq üçün müzakirələr aparılıb.

 

Ən Çox Oxunan