“Gəncə İş Adamları” İctimai Birliyinin üzvləri Türkiyəyə səfər ediblər. Bu haqda 6 sentyabr tarixində İctimai Birliyə istinadən məlumat veririk.
GİA-nın nümayəndələri Qars valisi ilə görüşüb. Tədbirdə İB-in sədri Zəfər Məmmədov, Azərbaycanın millət vəkili Musa Quliyev, Azərbaycanın Qars Baş Konsulu Nuru Quliyev və Qars valisi Türker Öksüz iştirak ediblər. İşgüzar görüşdə hər iki ölkə arasında ticarət və əməkdaşlıq məsələləri müzakirə edilib.