23 C
Gence
23 C
Gence

GİA-nın idarə heyəti Bakıya səfər edib

Gəncə İş Adamları (GİA) İctimai Birliyi Bakıda görüş keçirib. Bu haqda 21 yanvar tarixində GİA məlumat paylaşıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev GİA-nın sədri Zəfər Məmmədov və idarə heyətinin üzvü Camid Mövsümovla görüşüb. Burada cari ilin altı ayı üçün nəzərdə tutulmuş biznes-forumlar, regionlarda sahibkarlığın inkişafını dəstəkləyən layihələr müzakirə olunub. Bundan başqa Azərbaycan Sahibkarlar Konfederasiyasının regional biznes-forumlarında birgə fəaliyyət göstərmək barədə razılıq əldə edilib.

Ən Çox Oxunan