“Gəncə İş Adamları” İctimai Birliyinin üzvləri Bakıya səfər ediblər. Bu haqda 27 aprel tarixində ictimai birliyə istinadən məlumat veririk.
GİA əməkdaşları universitet – sənaye əməkdaşlığı çərçivəsində Bakı Mühəndislik Universitetində olublar. Tanışlıq turunun əsas məqsədi ali təhsil və sənaye müəssisələri arasında davamlı əməkdaşlığın təmin olunması, elmi potensialın sənayedə geniş tətbiqi, universitet kampusunda mövcud olan Texnopark, “Energi Park”, müxtəlif laboratoriyalar, real investisiya imkanlarının müzakirəsi olub.
Bundan başqa ali təhsilli, yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanmasında nəzəriyyə və təcrübənin inteqrasiyasına nail olmaq, müasir standartlara uyğunlaşdırmaq, tələbə və magistrantların inkişafında, işlə təmin olunmasında yardım göstərməkdir.