16.9 C
Gence
16.9 C
Gence

Futzalçılarımız qərb bölgəsi üzrə kürsünün ən yüksək pilləsində qərarlaşıblar

Futzal komandamız qərb bölgəsi üzrə 1-ci yerə çıxıb. Bu haqda məlumatı noyabrın 21-i Gəncə Dövlət Universitetinə istinadən veririk.

Ali məktəblər arasında futzal turniri keçirilib. Yarış Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil edilib.

Gəncə Dövlət Universitetinin futzalçıları aşağıdakı təhsil ocaqlarının komandalarına qalib gələrək qərb bölgəsi üzrə ali məktəblər arasında fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar:

  • Migəçevir Dövlət Universiteti;
  • Azərbaycan Texnologiya Universiteti;
  • Azərbaycan Dövlət Aqrar Universiteti.

Qeyd edək ki, GDU-nun futzal komandası yaxın günlərdə Bakı şəhərində Respublika  çempionatı uğrunda keçiriləcək yarışa qatılacaq.

Ən Çox Oxunan