Gəncədə futbolçular üçün təlim baş tutub. Bu haqda 4 may tarixində “Kəpəz”ə istinadən məlumat veririk.
Təlim Azərbaycan Milli Antidopinq Agentliyinin “Antidopinq maarifləndirmə proqramı” çərçivəsində keçirilib. Burada “Kəpəz”in əsas heyətinin üzvləri iştirak ediblər. Təlimdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib.
Sonda oyunçuları maraqlandıran suallar cavablandırılıb.