Sakinimiz Fransa Senatının Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiqi üçün hazırlanmış qətnamənin qəbul edilməməsi üçün xalqımızı birləşməyə çağırır.
Bildirilib ki, Fransa Senatının üzvləri ölkəmizə qarşı ittihamlar irəli sürüblər və bir sıra qadağalarla bağlı qətnamə layihəsi hazırlayıblar. Sözügedən qətnamə həmin ölkənin parlamentində 15 noyabr tarixində müzakirəyə çıxarılacaq.
Sənəddə Azərbaycanın ermənilərə qarşı “kütləvi cinayətlər” törətdiyi iddia edilir. Bundan başqa, erməni köçkünlərinin öz torpaqlarına qayıtmaları, Avropa ölkələrinə ixrac edilən neft və qaza embarqo tətbiq edilməsi və digər məsələlər qeyd edilib.
Özündə birtərəfli mövqe əks etdirən bu sənədin qəbul edilməməsi üçün Gəncə sakini Kubra Ələkbərova və daha 9 soydaşımız petisiya yaradıblar və hər birimizi onu imzalamağa çağırırlar.
“Məhz indi bizim bir xalq kimi birləşməyimizin vaxtıdır! Biz öz gücümüzü, birliyimizi nümayiş etdirməliyik! 30 il ərzində ermənilərin bizi elə öz torpaqlarımızda sıxmaqlarına dözmüşük! Artıq bizim igid oğullarımız həmin torpaqları düşmən işğalından azad ediblər. İndi isə şəhidlərin qanının yerdə qalmasına imkan verməməliyik, bizə qarşı bu cür ittihamlara birlikdə cavab vermək üçün əlimizdən gələni etməliyik!” – deyə Kubra xanım bildirib.
Gencexeber.az ailəsi olaraq Kubra xanımın təşəbbüsünə biz də qoşuluruq. Hər bir vətəndaşımızı Fransaya və bütün Avropaya öz səsimizi eşitdirməyə çağırırıq!
İnsanoid redaksiyası petisiyanın məzmunu və orada qoyulan tələblər haqda tam mətn hazırlayıb:
https://insanoid.com/azarbaycanlilarin-hazirladiqlari-petisiyada-nadan-bahs-edilir-tam-matn/
Bu təşəbbüsü dəstəkləmək üçün sadəcə 1 dəqiqənizi ayırıb aşağıdakı linkdən keçid edərək petisiyanı imzalaya bilərsiniz. Bu vacib anda Azərbaycanımızın yanında olaq!
https://www.mesopinions.com/…/appel-nom-peuple…/189012
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq