23 C
Gence
18.5 C
Ganja

Əfran İsmayılov “Kəpəz”də oynayacaq

“Kəpəz” öz heyətinə tanınmış futbolçunu qatıb. Bu haqda məlumatı iyulun 19-u Report-a istinadən veririk.

Gəncə təmsilçisi Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi bir il müddətində qərb təmsilçisinin heyətində yer alacaq.

Qeyd edək ki, İsmayılov ötən mövsümün sonunda “Səbail” ilə vidalaşıb.