5.8 C
Gence
5.8 C
Gence

FRİTL-in şagirdi “PASHA Bank Cup IV” müsabiqəsinin qalibi olub

Gəncəli şagird “Pasha Bank”ın keçirdiyi müsabiqədə qalib olub. Bu haqda 29 sentyabr tarixində banka istinadən məlumat veririk.

Bank İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq üçün “PASHA Bank Cup IV” yarışması təşkil edib. Müsabiqənin final mərhələsi Bakı Mühəndislik Universitetində baş tutub.

Burada Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin XI sinif şagirdi Fidan Hüseynova da mübarizə aparıb. O, məktəblilər arasında 100 faiz nəticə göstərərək birinci yerə layiq görülüb. Hüseynovaya “Apple MacBook Air” hədiyyə edilib.

Ən Çox Oxunan