17.5 C
Gence
17.5 C
Gence

FRİTL-in şagirdi Mendeleyev Kimya Olimpiadasına qatılır

Gəncəli şagird beynəlxalq olimpiadada iştirak edəcək. Bu haqda 26 aprel tarixində FRİTL-ə istinadən məlumat veririk.

Qazaxıstanda 57-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçiriləcək. Burada ölkəmizi təmsil edəcək şagirdlər arasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Xl sinif şagirdi Həmid Xəlilov da mübarizə aparacaq.

O, olimpiadanın seçmələrində müvafiq balı toplayaraq Azərbaycanın kimya üzrə Beynəlxalq komandasında iştirak hüququ qazanıb.

Ən Çox Oxunan