Gəncə məktəbliləri Respublika olimpiadasının finalında mübarizə aparacaqlar. Bu haqda 21 fevral tarixində FRİTL-ə istinadən məlumat veririk.
Respublika Fənn Olimpiadasında İnformatika üzrə yarımfinal mərhələsi keçirilib. Burada 8-ci sinif üzrə 185, 9-cu sinif üzrə 161, 10-сu sinif üzrə 99, 11-ci sinif üzrə isə 84 nəfər şagird iştirak edib. Onların arasında Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdləri də olublar.
Məktəblilərimizdən aşağıdakılar finala vəsiqə qazanıblar:
- Hüseynova Fidan Vəli qızı – XI sinif;
- Tağızadə Əli Vüqar oğlu – XI sinif;
- Zeynalov Abbasqulu Etibar oğlu – XI sinif;
- Qasımova Nəzrin Ruzi qızı – XI sinif;
- Həsənova Zeynəb Eytibar qızı – X sinif;
- Sadıqlı Turan Elxan oğlu – X sinif;
- İsgəndərli Fariz Firuddin oğlu – IX sinif;
- Kərimova Ayan Xəyyam qızı – IX sinif;
- Hacıyev Alim Rizvan oğlu – IX sinif;
- Hacızadə Leyla Vasif qızı – IX sinif;
- İsmayılov Xanlar Etibar oğlu – VIII sinif;
- Mahmudova Xədicə Fəzail qızı – VIII sinif;
- Sadıxov Sənan Samir oğlu – VIII sinif;
- Əliyev Emil Ceyhun oğlu – VIII sinif.