16.9 C
Gence
16.9 C
Gence

FRİTL-in 109 şagirdi respublika müsabiqəsinin yarımfinalına vəsiqə qazanıb

Gəncəli şagirdlər respublika müsabiqəsinin yarımfinalında iştirak edəcəklər. Bu haqda 9 may tarixində FRİTL-ə istinadən məlumat veririk.

Respublika Fənn Müsabiqələrinin ilkin mərhələsinin nəticələri açıqlanıb. Məlumata əsasən, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 109 şagirdi müsabiqənin yarımfinalına vəsiqə qazanıb.

Onlardan 23 nəfər informatika, 23-ü riyaziyyat, 24-ü fizika, 22-si kimya və 17-si biologiya fənləri üzrə biliklərini sınayacaq.

Ən Çox Oxunan