Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 2 iyun tarixində FHN-ə istinadən məlumat veririk.
Səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olub. Şəhər ərazisində “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb. Avtomobilin qalan hissəsi alovdan mühafizə olunub.