9.7 C
Gence
9.7 C
Gence

Fikrət Verdiyevin yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

Heydər Əliyev Sarayında Fikrət Verdiyevin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi baş tutub. Bu haqda məlumatı sentyabrın 30-da Gəncə Regional Mədəniyyət İdarəsinə istinadən veririk.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifov, Filarmoniyanın “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Sahil Quliyev, Xalq artistləri, Əməkdar İncəsənət xadimləri, Əməkdar artistlər və digər qonaqlar iştirak ediblər.

Gəncədən Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rövşən Məmmədov və Samir Məmmədov çıxış ediblər.

Qeyd edək ki, Fikrət Verdiyev “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı və Prezident təqaüdçüsüdür.

Ən Çox Oxunan