24.7 C
Gence
24.7 C
Gence

“Fibonacci” intellektual yarışı keçirilib

Gəncədə “Fibonacci” intellektual yarışı keçirilib. Bu haqda Gencexeber.az 28 oktyabr tarixində Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Yarış Zəfər Günü ilə əlaqədar təşkil edilib. Müsabiqədə Gəncə şəhər ümumtəhsil məktəblərinin 6-9-cu sinif şagirdləri iştirak ediblər. Bu gün yarışın final turu keçiriləcək.

“Fibonacci” intellektual yarışının keçirilməsində əsas məqsəd şagirdlərimizin Vətən müharibəsi və qələbə barədə daha geniş məlumata sahib olması, həmçinin məntiqi düşüncə və dünyagörüşlərinin də inkişafına nail olmalarından ibarətdir.

 

Ən Çox Oxunan