25.5 C
Gence
17.5 C
Ganja

“Fibanocci” intellektual yarışının final mərhələsi keçirilib

“Fibanocci” intellektual yarışının final mərhələsi keçirilib. Bu haqda Gencexeber.az 31 oktyabr tarixində idarəyə istinadən məlumat verir.

Final mərhələsində Gəncə şəhər, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarından 6-9-cu sinif şagirdləri iştirak ediblər. İntellektual yarışın nəticəsinə əsasən, Samux rayon məktəblilərindən ibarət olan “Xarıbülbül” komandası I yerə, Goranboy rayon məktəblilərindən ibarət olan “Mübarizçilər” komandası II yerə, Gəncə şəhər məktəblilərindən ibarət olan “Vətən” komandası III yerə, Daşkəsən rayon məktəblilərindən ibarət olan “Zəfər” komandası isə IV yerə layiq görülüb.

Müsabiqə Zəfər Günü ilə əlaqədar təşkil edilib.