19.1 C
Gence
19.1 C
Gence

FHN əməkdaşları Gəncə sakinini xilas ediblər

Gəncədə bağlı qapı arxasında köməksiz qalan bir nəfər xilas edilib. Bu haqda 26 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.

Hadisə Nizami rayonunda qeydə alınıb. Axşam saatlarında FHN-nin qaynar xəttinə şəhər sakininin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı haqda məlumat daxil olub. Əraziyə xilasetmə qüvvələri cəlb olunub. Onlar giriş qapısını açarkən vətəndaşı halsız vəziyyətdə aşkar ediblər. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Ən Çox Oxunan