Gəncədə azyaşlı xilas edilib. Bu haqda 4 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
FHN-in “112” qaynar xəttinə uşağın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə xilasetmə qüvvələri cəlb edilib. Onlar mənzilin qapısını açaraq, nəzarətsiz qalan azyaşlıya müvafiq köməklik göstəriblər.