Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş verib. Bu haqda məlumatı avqustun 31-i Oxu.az-a istinadən veririk.
Mayor Kənan İsaxan oğlu Aşurov Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad olunub. O, Gəncə Regional Mərkəzinin rəisi təyin olunub.
Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, Kənan Aşurov sabiq polis rəisi İsaxan Aşurovun oğludur.