Gəncədə ağacəkmə aksiyası keçirilib. Bu haqda 5 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Aksiya “Heydər Əliyev İli” çərçivəsində baş tutub. Burada Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin şəxsi heyəti iştirak edib. Ağacəkmə aksiyası Heydər Əliyev Park-kompleksində ayrılmış ərazidə təşkil edilib.
Məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndərin əziz xatirəsini yad etmək, eləcə də insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
Aksiya çərçivəsində ərazidə xeyli sayda şam ağacı əkilib, gübrələmə və suvarma işləri aparılıb.