Böyük Britaniya səfiri növbəti dəfə Gəncədən yazıb. Bu haqda səfirin Twitter hesabına istinadən məlumat veririk.
Ferqus Ould Bakıda təşkil olunan “YayLand Fest”ə qatılıb. Burada qurulan stendlərin birində “Qadanalaram” yazısı əks olunub. Bunu görən səfir şəkil çəkərək Twitter-də paylaşıb. Postun altında Ould bunu qeyd edib:
“Qadanalaram, Gəncənin ruhunu Bakıda da hiss edirəm.”