Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Fergus Auld Gəncə ilə bağlı növbəti paylaşım edib. Bu haqda 11 oktyabr tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Səfir paylaşımında Gəncənin raket atəşinə tutulması zamanı həlak olanların ailələrinə başsağlığı verib.
“Dünən Cənab Prezidentə dediyim kimi, iki il əvvəl Gəncə şəhərinə dəhşətli raket hücumları zamanı həlak olanların hamısının ailələrinə başsağlığı vermək istərdim. Yanvar ayında öz gözlərimlə məhvi gördüm”, – deyə Auld yazıb.