5.8 C
Gence
5.8 C
Gence

Fergus Auld ağacəkmə aksiyasında iştirak edib

Xarici ölkənin səfiri Gəncədə ağac əkib. Bu barədə 2 noyabr tarixində səfirin Twitter hesabına istinadən məlumat veririk.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld şəhərimizin qonağı olub. O, “Green Heart” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edib. O, layihəyə qatılmağından məmnun olduğunu deyib.

“Green Heart” layihəsi çərçivəsində ağacəkmə tədbirində iştirakdan məmnun oldum. Bu layihənin çox maraqlı tarixçəsi var. Bal Ormanı adlanan bu ərazidə 535 ailə balçılıqla məşğul olur və ağaclar məhz arılar üçün əkilib”, – deyə səfir tvitdə qeyd edib.

Ən Çox Oxunan