16.9 C
Gence
16.9 C
Gence

Fərid Qayıbov Gəncə sakinləri ilə görüşəcək

Gəncə sakinləri üçün növbəti vətəndaş qəbulu keçiriləcək. Bu haqda Gencexeber.az-a 19 noyabr tarixində məlumat daxil olub.

Gənclər və İdman naziri Gəncə sakinləri ilə görüşəcək. Fərid Qayıbov 23 noyabr saat 12:00-da Samux şəhərinin YAP inzibati binasında Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Görüşdə iştirak etmək istəyən sakinlər aşağıdakı telefon nömrəsi və e-mail vasitəsilə müraciət edə bilərlər:

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi

Tel: (055) 218-08-77

E.mail: [email protected]

Son müraciət tarixi 21 noyabr 15:00-dır. Qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Ən Çox Oxunan