24.8 C
Gence
24.8 C
Gence

Çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirən “Kəpəz” qonaq qəbul edəcək

Gəncənin “Kəpəz” futbol klubu öz meydanında “Zaqatala” komandasını qəbul edəcək.

Görüş Gəncə Şəhər Stadionunda dekabrın 17-si saat 14:00-da baş tutacaq. Matç Azərbaycan Birinci Divizionunun 12-ci tur çərçivəsində keçiriləcək.

Qeyd edək ki, Gəncəlilər 2021-2022-ci illər mövsümündə keçirdiyi oyunlarda məğlub olmayıblar. Hal-hazırda klub turnir cədvəlində 18 xalla üçüncü yerdə qərarlaşıb.

Ən Çox Oxunan