Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qardaşına qarşı külli miqdarda dələduzluqla bağlı cinayət işi üzrə istintaq başa çatıb. Bu haqda 26 avqust tarixində Demokrat.az-a istinadən məlumat veririk.
“Azneftemash” zavodunun prezidenti Şahmar Vəliyevin tanışı Cəfər Əliyev ondan biznes qurmaq adı ilə 1 milyon manata yaxın pul alıb. O, İrandan boru gətizdirib Azərbaycanda satacaqlarını və yaxşı gəlir əldə edəcəklərini vəd etmişdir.
Cinayət işi ilə bağlı prokuror Cəfər Əliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Növbəti proses sentyabrın 9-da baş tutacaq.
Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə, daha 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ümumi ziyan isə 1 milyon 700 min manatdan çoxdur.