Gəncəyə nazir müavinin səfəri baş tutub. Bu haqda 19 may tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli şəhərimizə səfər edib. O, icra başçısı Niyazi Bayramovla birlikdə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb. Nazir müavini bir neçə məktəbəqədər təhsil müəssisəsində və ümumtəhsil məktəbində olub.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları ilə görüşən Həsən Həsənli daha sonra STEAM mərkəzində olaraq, məktəbəqədər təhsil müəssisələri və ümumtəhsil məktəb direktorları ilə görüşüb.