16.4 C
Gence
16.4 C
Gence

Elm və təhsil naziri Gəncə sakinləri ilə görüşüb

Emin Əmrullayev vətəndaş qəbulu keçirib. Bu haqda 1 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Görüş Göygöl rayonunda baş tutub. Qəbulda Gəncə ilə yanaşı, Göygöl, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinləri iştirak ediblər. Burada onlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Nazir vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Ən Çox Oxunan