26.9 C
Gence
23.5 C
Ganja

Ekoloji Park Kompleksində oranjereya binası inşa edilir

Ekoloji Park Kompleksinin tikintisi davam edir. Bu haqda məlumatı sentyabrın 3-ü Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən veririk.

“Gülçülük sahəsi”ndə Ekoloji Park Kompleksi yaradılır. Hazırda burada ümumi sahəsi 2100 kv.m olan 3 mərtəbəli oranjereya binası inşa edilir.

Tikilinin ümumi hündürlüyü 22 metr olacaq. Bina dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılacaq. Burada müxətlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdirilərək, ziyarətçilərə nümayiş olunacaq.

Qeyd edək ki, 11 hektar ərazisi olan guşənin ərazisində əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək. Layihəyə uyğun olaraq, Gəncəçay çayının sağ sahilində 200-300 metrlik məsafədə bulvar kompleksinin də yaradılması nəzərdə tutulur.