Beynəlxalq “Dziva” sirk şousu Gəncəyə gəlib. Bu haqda 3 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
İlk öncə qonaqlar şəhərin mərkəzində olublar. Burada sakinlərə sirk barədə məlumat verilib. Allahverdi İsrafilovun təqdimatında 4-9 may tarixlərində Olimpiya İdman Kompleksində şou təqdim olunacaq.
Proqramda Monte-Karlo festivalının iştirakçıları və digər dünya festivallarının səhnələrini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.