Gəncədə iş yerlərinin statistikası paylaşılıb. Bu haqda 21 noyabr tarixində Marja-ya istinadən xəbər veririk.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin doqquz ayı ərzində ölkədə 60 900 yeni iş yeri açılıb. Onların 92,6 faizi qeyri-dövlət sektorundadır.
Yeni açılmış iş yerlərinin 1,9 faizi Gəncə-Daşkəsən iqtisadi rayonunun payına düşüb. Bu göstəriciyə əsasən, regionumuzda sözügedən dövr ərzində 1 157 iş yeri açılıb.
Qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində ölkədə 10 800 iş yeri bağlanıb.