Azərbaycan Dövlət Aqrar Universiteti doktorantura və dissertanturaya qəbul elan edib. Bu haqda 8 aprel tarixində universitetə istinadən məlumat veririk.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə tədris proqramlarına qəbul prosesinə başlanılıb. Sənəd təqdim etmək istəyən şəxslər portal.edu.az saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.
Fəlsəfə doktorluğuna namizədlər üçün xarici dil imtahanı Dövlət İmtahan Mərkəzində keçiriləcək. İmtahanın keçirilməsi tarixini Dövlət İmtahan Mərkəzindən öyrənmək lazımdır. Xarici dildən müvəffəq qiymət almış şəxslər “İxtisas” və “Fəlsəfə” üzrə imtahanları seçdikləri universitetlərdə verəcəklər. Elmlər doktorluğuna namizədlər seçdikləri universitetə müsabiqə yolu ilə qəbul ediləcəklər.
Sənəd qəbulunun son tarixi 5 may 2023-cü ildir. Qəbul şərtləri və sənədləri haqda ətraflı məlumatla aşağıda göstərilən link vasitəsilə tanış olmaq mümkündür: