10.3 C
Gence
10.3 C
Gence

“Dokta” aptekində nöqsanlar aşkar edilib

AQTA Gəncədə keçirdiyi monitorinqlər zamanı aptekdə nöqsanlar aşkar edib. Bu haqda 24 yanvar tarixində AQTA-ya istinadən xəbər veririk.

Agentlik əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Gülüstan qəsəbəsində fəaliyyət göstərən, “Dokta” MMC-yə məxsus aptekdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müşahidə edilib.

Aptekdə çalışan işçilərin məcburi tibbi müayinədən keçmədiyi və “Nutrilak” əmtəə nişanlı uşaq qidalarının etiketində digər dillərlə yanaşı, Azərbaycan dilində məlumatların olmadığı məlum olub.

Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

Ən Çox Oxunan