Gəncə komandası ölkə birinciliyində uğur qazanıb. Bu haqda 26 may tarixində Cüdo Federasiyasına istinadən məlumat veririk.
Cüdo üzrə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi yarışlarına yekun vurulub. Yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilib. Burada 100 klub, cəmiyyət və idman təşkilatından olan 642 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Nəticələrə əsasən, ümumi komanda hesabında medalların sayına görə Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi III yerə layiq görülüb.
Qeyd edək ki, birinciliyin komanda yarışları bu gün, 26 may tarixində keçiriləcək.