Gəncəli idmançılar Bakıdan medallarla dönüblər. Bu haqda 10 aprel tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Hövsan Olimpiya İdman Kompleksində kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq idman növü üzrə “Zəfər turniri” yarışı keçirilib. Burada Nizami yurdunun yetirmələri 5 medal qazanıblar.
İdmançılarımızın nəticələri aşağıdakı kimidir:
- Elşən Əliyev (45 kq) – I yer;
- Ağa İbrahimov (63 kq) – I yer;
- Məhəmməd Alıyev (26 kq) – II yer;
- Mirad Məmmədzadə (63.5 kq) – II yer;
- Fərid İsmayılov (81 kq) – III yer.