24.7 C
Gence
24.7 C
Gence

İdmançılarımız Respublika birinciliyində uğurla çıxış ediblər

Gəncədə Respublika birinciliyində uğur qazanmış idmançılarla görüş keçirilib. Bu haqda 15 aprel tarixində şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinə istinadən məlumat veririk.

Məktəbin yetirmələri “Təhsil” Respublika İdman Mərkəzinin boks üzrə Respublika birinciliyində iştirak ediblər. Onlar 3 qızıl, 1 gümüş, 1 bürünc medalla qayıdıblar. 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Ramil Qasımov həmin idmançılarla görüşüb. O, gənclərin yarış hazırlığı ilə maraqlanıb və hədiyyələr təqdim edib.

 

Ən Çox Oxunan