22.5 C
Gence
22.5 C
Gence

Direktorların işə qəbulu üçün imtahan keçirilib

Gəncədə direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi təşkil olunub. Bu haqda 15 aprel tarixində Gəncəxəbər.az xəbər verir.

Şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 85 nəfər namizəd iştirak edib.

Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən imtahanda namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

Nəticələr test imtahanı mərhələsində iştirak edən namizədlərin əlaqə nömrələrinə göndəriləcək.

Ən Çox Oxunan