10.3 C
Gence
10.3 C
Gence

Deputatlarımız Gəncə şəhər stadionu ilə bağlı verilən qərara etiraz ediblər

Gəncədən seçilən deputatlar etirazlarını bildiriblər. Bu haqda məlumatı avqustun 3-ü Bizim.media-ya istinadən veririk.

Bildiyiniz kimi, Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə şəhər stadionunda oyunların keçirilməsinə qadağa qoyulub. Səbəb olaraq isə tribunaların qəzalı vəziyyətdə olması bildirilib.

Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, qərar Gəncə futbolunun inkişafına mənfi təsir göstərəcək: “Bu şəhərin millət vəkili olaraq mən aidiyyəti qurumlar qarşısında məsələ qaldıraraq bu problemin tezliklə həllinə çalışacam”.

Gəncənin millət vəkili, Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Müşfiq Cəfərov da “Kəpəz” futbol klubunun ev oyunlarının Bakıda keçirilməsinə ciddi etirazını bildirib. Digər deputat Pərvin Kazımzadə də öz növbəsində həmkarlarına qoşulub.

Ən Çox Oxunan