16.9 C
Gence
16.9 C
Gence

Debat təlimlərinə 300-dən çox gənc qatılıb

Gəncə Gənclər Evində debat təlimlərinə start verilib. Bu haqda Gencexeber.az 15 noyabr tarixində Gəncə Gənclər Evinə istinadən məlumat verir.

“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyası çərçivəsində keçirilən təlimlərdə 300-dən çox gənc iştirak edib. Onlar “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

Təlimlərin keçirilməsində əsas məqsəd gender əsaslı zorakılıq və ayrı-seçkilik barədə maariflənməni təmin etmək, natiqlik, özünüifadə bacarıqlarını artırmaqdır.

Ən Çox Oxunan