Gəncədə Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bu haqda 3 avqust tarixində Oxu.az-a istinadən məlumat veririk.
Nazir general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Sənədə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor Şöbəsinin inspektoru, polis baş leytenantı Şirin İsgəndərov vəzifəsindən azad edilib.
Digər əmrə görə, o, Gəncə şəhər Baş Polis İdarəsinin Katibliyinə rəis təyin olunub.