Gəncədə daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi olub. Bu haqda 29 iyul tarixində Oxu.az-a istinadən məlumat veririk.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Sənədə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş leytenantı Cavid Məmmədov vəzifəsindən azad edilib.
Digər sərəncama görə, o, Ağcabədi rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinə rəis təyin olunub.