Növbə üstündə dava edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda 1 iyun tarixində Report-a istinadən məlumat veririk.
Heydər Əliyev prospektində baş verən dava zamanı şəhər sakini Emin Məmmədova ağır xəsarət yetirən Elçin Fərhadzadə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs edilib.