Gəncədə bir neçə obyektdə qayda pozuntuları aşkarlanıb. Bu haqda 31 mart tarixində AQTA-ya istinadən məlumat veririk.
AQTA-nın müfəttişləri ictimai iaşə müəssisələrinə baxış keçiriblər. Yoxlama nəticəsində nöqsanlar aşkar edilən obyektlər aşağıdakılardır:
- Təbriz küçəsində “Sədi” kafesi;
- Heydər Əliyev prospekti, ev 5A ünvanında “Yeni Həyat” kafesi.
Adıçəkilən müəssisələrdə baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.