Gəncədə daha bir baş həkim vəzifəsindən ayrılıb. Bu haqda 7 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Akademik Zülfüqar Məmmədov adına xəstəxananın baş həkimi Qafar İbrahimov ötən gün işdən çıxıb. O, öz ərizəsi ilə uzaqlaşıb. İbrahimov 5 ildən çox idi ki, bu vəzifədə çalışırdı.
Xəstəxanaya yeni baş həkim təyin olunub. Həmin vəzifəni Azad Quliyev icra edəcək.
O daha öncə Akademik Zülfüqar Məmmədov adına və 1 saylı Xəstəxanaların baş həkimi vəzifəsində işləyib.