13 C
Gence
13 C
Gence

Daha 4 müəssisədə nöqsanlar aşkar edilib

Gəncədə Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra subyektlərdə nöqsanlar aşkar edilib. Bu haqda 2 fevral tarixində AQTA-ya istinadən xəbər veririk.

Yoxlama nəticəsində nöqsanlar olan sahibkarlıq subyektləri aşağıdakılardır:

  • M.A.Abbaszadə küçəsində unlu qənnadı məmulatlarının istehsalı müəssisəsi – sanitar norma və qaydaların pozulması;
  • Q.Nəbi küçəsi, 6-da quş ətinin emalı müəssisəsi – sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması;
  • Dədə Qorqud küçəsi, 48b-də “Firdevs” şirniyyat sexi – sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması;
  • Ü.Hacıbəyov və Z.Hacıyev küçələrinin kəsişməsində “Budaqlı” marketi – sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı.

Aşkar edilmiş nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib.

Ən Çox Oxunan