23 C
Gence
18.5 C
Ganja

Dağılmış obyektlərin təmirinə ayrılan vəsaitin həcmi 12 milyona çatdırılıb

Gəncədə terrora məruz qalmış obyektlərin bərpasına daha 2 milyon manat xərclənəcək. Bu haqda məlumatı iyunun 8-i Apa-ya istinadən veririk.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tenderin nəticəsini açıqlayıb.

Qalib “İnşaat Servis-2” MMC-dir. Şirkətlə 2 milyon manatlıq müqavilə imzalanıb. Razılığa əsasən, şirkət sentyabr ayının 1-nə kimi təmir-bərpa və yenidənqurma işlərini yekunlaşdırmalıdır.

Bununla da, Gəncədə dağılan evlərin bərpası və yenidən inşasına ayrılan vəsaitin həcmi 5 tender üzrə 11,7 milyon manata çatıb. Bağlanan müqavilələrə əsasən, təmir və yenidənqurma işlərinin 2022-ci ilin sonuna kimi bitəcəyi gözlənilir.