Gəncədə növbəti vətəndaş qəbulu baş tutacaq. Bu haqda 11 may tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin idarə heyətinin sədri Nigar Alimova Gəncəyə səfər edəcək. 19 may 12:00-da sədr Heydər Əliyev Mərkəzində sakinlərlə görüşəcək.
Burada vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012) 510 93 33 və (055) 465 23 68 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Gəncə Ərazi İdarəsinə ((055) 691 05 77, elektron ünvan: [email protected]) 16 may saat 18:00-a qədər müraciət edərək qeydiyyatdan keçməlidirlər.